"Məktəb, elm və ədəbiyyat" mövzusunda tədbir keçirildi!
22 fevral 2025-ci il tarixində Siyəzən rayonunda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Siyəzən Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşəbbüsü ilə "Məktəb, elm və ədəbiyyat" mövzusunda tədbir təşkil edilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan tarixçisi, tarix elmlər doktoru professor Anar İskəndərov, filologiya elmləri doktoru, deputat Elnarə Akimova, tarix elmlər doktoru, professor Şikar Qasımov, uşaq ədəbiyyatı yazıçısı Zahid Xəlil, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Quba−Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, həmçinin məktəb direktorları, müəllimlər, mədəniyyət işçiləri, yazıçılar və şagirdlər iştirak ediblər.
Tədbir çərçivəsində məktəblilər tərəfindən uşaq ədəbiyyatı yazıçılarının hekayələrindən hazırlanmış səhnəciklər nümayiş olunub.
Kitabxanaya alimlər tərəfindən kitablar hədiyyə edilib.
Tədbir iştirakçıları Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov tərəfindən fəxri fərmanlarla təltif edilib.
Bu kimi tədbirlər gənc nəslin ədəbiyyata, elmə və təhsilə marağını artırmaq, kitab oxumaq mədəniyyətini təbliğ etmək baxımından böyük əhəmiyyət daşıyır.
Yeni Şərh